Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çörək arxasınca qərib ölkəyə üz tutan həmvətənlərimizdən “QARA XƏBƏR”

Tarix: 02-10-2017 19:33     Baxış: 4360 A- / A+
Çörək arxasınca qərib ölkəyə üz tutan həmvətənlərimizdən “QARA XƏBƏR”


Ukraynaya çörək arxasınca gedən 4 həmyerlimiz dəhşətli şəkildə həyatını itirib.
Bu gecə Ukraynanın Zaporojye şəhərinin Aleksandrovski rayonundakı Jukovski küçəsində yerləşən hostellərdən birində baş vermiş yanğında, dörd nəfər hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sputnik Azərbaycan Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) məlumatında bildirilir.
Daha dörd nəfər yanğından xilas edilib ki, onların da arasında 2009-cu il təvəllüdlü uşaq da olub. Binanın ikinci mərtəbəsindəki 200 kv metrlik sahə yanıb. Yanğını hissə-hissə lokallaşdırmaq mümkün olub. Hadisə yerində onlarla xilasedici və 15 texnika işləyib.
Hazırda hosteldə polisin istintaq-əməliyyat qrupu işləyir, yanğının səbəbləri araşdırılır. FHDX-nin məlumatına görə, yanğın barədə onlara gecə saat 2.46-da xəbər verilib, 2.50-də isə artıq Xidmətin ilk maşınları xilasedicilərlə birlikdə hadisə yerinə çatıb.
“Bu hosteldə tez-tez meyvə-tərəvəzin topdansatış bazarının ticarətçiləri gecələyirlər. İlkin məlumata görə, ölənlərin dördü Azərbaycanda doğulub. Bir nəfər isə binanın gözətçisi olub. Yanğının səbəbi hələlik dəqiqləşməsə də, onun mənbəyinin divar sobası ola biləcəyi ehtimal edilir” — FHDX-dən bildirilib.
Xilasedicilərin sözlərinə görə, binanın ikinci mərtəbəsinin pəncərələri metal barmaqlıqlarla bərkidilib: “Adamlar bu barmaqlıqların ucbatından pəncərədən tullana bilməyiblər. Dəhliz tezalışan materialdan olduğundan yanğın zamanı güclü tüstü yaranıb”.
“Adamlar bir tərəfdən tüstünün, digər tərəfdən də dəmir barmaqlığın məngənəsində qalıblar. Xilasedicilər tüstüdən pilləkənlə ikinci mərtəbənin dəhlizinə qalxa bilməyiblər və barmaqlıqları qıraraq adamları pəncərədən çıxarıblar” — deyə FHDX-nin nümayəndəsi bildirib.
Qurumun mətbuat xidmətindən bildiriblər ki, hosteldə yanğından mühafizə ilə bağlı yoxlama həyata keçirilməyib. Çünki hostelin sahibi bu barədə FHDX-yə texniki tələblərlə bağlı bəyannamə təqdim etməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar