Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İraqda tapılan azərbaycanlı uşaqlarla bağlı yeni DƏHŞƏTLİ VİDEO yayıldı

Tarix: 30-09-2017 08:04     Baxış: 4275 A- / A+
İraqda tapılan azərbaycanlı uşaqlarla bağlı yeni DƏHŞƏTLİ VİDEO yayıldı

Bu günlərdə Bağdadda tapılan azərbaycanlı uşaqlarla bağlı yeni video yayılıb. Yeni kadrda balaca Abdulla baş verənləri anladır.
— Siz bombanı hardan gətirdiniz?
— Gətirmədik e, anamda idi. Anam onu çəkdi, yerə qoydu, bunlar da (əli ilə hərbçini göstərir — red.) partlatdı. Qan idi anam. Kafirlər atdı. Düşdü, çıxdı, yandı, əlim də yara oldu. Anam ölüb. Yandı anam.
Bu dialoq, İraqın Təlafər şəhərində yaralı uşaqlara yardım göstərən hərbi formalı şəxslə, son günlərdə ölkə gündəmini sarsıdan üç yaşlı Abdulla arasında baş verib.
Xatırladaq ki, bu günlərdə Bağdaddakı sığınacaqlardan birində rusiyalı jurnalistlər tərəfindən videolentə alınmış azərbaycanlı uşaqlar — 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla barədə məlumat yayılıb. Ölkə mediasında ictimailəşəndən sonra məsələyə dövlət rəsmiləri də reaksiya vermiş, Xədicə və Abdullanın Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görülmüşdü.
Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, “Sputnik Azərbaycan” Abdullanın tapıldığı döyüş bölgəsində hərbçilərin yardım etdiyi bir qrup yaralı uşağın yer aldığı kadrları əldə edib. Kadrlarda hərbçilərdən biri Abdullaya türk dilində suallar verir və cavabları ərəb dilinə tərcümə edərək kameraya danışır.
Həmin kadrlarda yaralı uşaqlar və onlara yardım göstərən hərbi formalı şəxslər də var. Yaralı uşaqlardan biri onun yarasını sarıyana “ağrıyır qıçım” deyə qışqırır. Digər yaralı uşağa hərbi formalı adam türk dilində “çay iç” deyir və ona su verir. Suyu içən uşağa “az iç, qusarsan” deyir.
“Qıçım ağrıyır” deyən yaralı uşaq isə “ver-ver” deyə suyu həmin hərbçinin əlindən dartıb alaraq içir. Yerdə daha kiçik və kadrlardan da göründüyü kimi, ayağının biri dağılmış körpə uşaq heysiz halda inildəyir.
Ona tibbi yardım göstərilir. Sonra başqa bir uşaq yaralıların yanına gətirilir. Kadrlardan onun yaralı olduğu və heysiz bir halda qışqırdığı görünür. Hərbçilər onun üzünə su vurur, paltarlarını qayçı ilə kəsərək yaralarını sarımağa başlayırlar.
Kadrlarda arxa planda daşların üstündə oturan, toz-torpağa batmış başqa uşaqlar da görünür. Görünən budur ki, partlayış və bombardman nəticəsində dağılmış tikililərin altında qalan və qəlpə yaraları almış uşaqlar azərbaycanlılardır. Onlar öz valideynlərinin məsuliyyətsizliyi ucbatından yad torpaqlarda fiziki və psixoloji travmalar alıblar.
Üstəlik valideynlərini itirərək dillərini belə bilmədikləri insanların yardımına möhtac qalıblar.
Kadrlarda ərəb dilində danışan şəxsin verdiyi məlumata görə, anaları özlərini partlatdıqdan sonra uşaqları xilas ediblər. Mənsub olduğu hərbi birliyin üzvləri bu qadınları və uşaqları təhlükəsiz yerə köçürməyə cəhd ediblər. Kəşfiyyatın verdiyi məlumata görə, təslim olmaları üçün danışıqlar apardıqları zaman qadınlar təslim olmaqdan imtina ediblər və özlərini partladıblar.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar