Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Daha bir dövlət Gülənin məktəblərini bağlamaqdan imtina etdi

Tarix: 03-08-2016 12:31     Baxış: 1479 A- / A+
Daha bir dövlət Gülənin məktəblərini bağlamaqdan imtina etdi

“İndoneziya hökuməti Fətullah Gülənin ölkədə açdırdığı məktəblərin bağlanmasından imtina etsə də, Türkiyə ilə dostluq münasibətlərini davam etdirmək niyyətindədir”.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Jakarta Post” qəzetində verilən məlumatda deyilir. İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib ki, İndoneziya həmişə digər dövlətlərin qanunlarına və suverenliyinə hörmət edib: “Buna görə də analoji addımın İndoneziyaya münasibətdə atılmasını gözləyirik”.

R.Marsudi bildirib ki, hökumət Ankaranın diplomatik kanallar vasitəsilə 9 məktəbin bağlanması ilə bağlı tələbini rədd edib:

“Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparılıb və həmin məktəblər tərəfindən İndoneziya qanunlarının pozulması faktının qeydə alınmadığı məlum olub”.

Qeyd edək ki, FETÖ təşkilatı iyulun 15-də Türkiyədə yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən dövlət çevrilişinə cəhdində ittiham edilir. Bundan sonra Türkiyə bir sıra ölkələrə terror təşkilatının başçısı Fətullah Gülənə bağlılığı olan məktəblərin bağlanmasına dair müraciətlər göndərib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar