Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
26-03-2024
BÜTÜN XƏBƏRLƏR

Türkdilli ölkələrin ümumi dərsliyi yaradılıb

Tarix: 23-08-2016 13:05     Baxış: 2437 A- / A+
Türkdilli ölkələrin ümumi dərsliyi yaradılıb

Türkdilli ölkələrin ümumi dərsliyinin yaradılması üzrə işlər başa çatıb.


"Report" xəbər verir ki, bu barədə Türk Şurasının baş katibi Ramil Həsənov brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu ilin oktyabr ayında Şuraya üzv ölkələrin təhsil nazirlərinin görüşü keçiriləcək və dərslik təsdiq olunarsa, o, noyabr ayında Bişkekdə keçiriləcək prezidentlərin sammitində təqdim olunacaq. R.Həsənov bildirib ki, dərslik 15-ci əsrə qədər olan müddəti əhatə edir.

Türkdilli dövlətlərin ümumi televiziyasının yaradılması ilə əlaqədar sualı cavablandıran baş katib vurğulayıb ki, "International Turkish News Channel" adlanacaq kanalın büdcəsi demək olar təsdiq edilib, ancaq neft və qazın qiymətinin aşağı düşməsi Azərbaycan və Qazaxıstanın sponsorluğu məsələsində çətinliklər yaradıb.

R.Həsənov kanalın Türk Şurasına üzvü olan 6 ölkənin dilində, eləcə də rus və ingilis dillərində fəaliyyət göstərəcəyini qeyd edib.

Eyni zamanda, R.Həsənov kanalının açılacağı dəqiq tarixi və onun qərargahının yerləşəcəyi məkanın dəqiq yerini bildirməyib. Onun sözlərinə görə, kanalın qərargahı ya Azərbaycanda, ya Qazaxıstanda ya da Türkiyədə yerləşə bilər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar