Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İbtidai sinif şagirdlərinə ev tapşırığı verilməməlidir”

Tarix: 10-03-2017 21:35     Baxış: 6435 A- / A+
“İbtidai sinif şagirdlərinə ev tapşırığı verilməməlidir”
Təhsil Nazirliyi ibtidai sinif şagirdlərinə verilən ev tapşırıqları ilə bağlı valideynlərin şikayətlərinə münasibət bildirib.
Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Trend-ə açıqlamasında valideynlərin şikayətlərinin bir çox hallarda haqlı olduğunu söyləyib:

"Valideynlər şikayət edirlər ki, ibtidai sinif şagirdlərini ev tapşırıqları ilə yükləyirlər. Onlar haqlıdırlar. Əslində, ibtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir. 1-ci sinfə isə ümumiyyətlə ev tapşırığı verilməməlidir. Yuxarı siniflərdə də ev tapşırığı elə olmalıdır ki, uşaq evə gələndə sevinclə gözləsin ki, bir az istirahət edib, ev tapşırığını edim. Bu, ona sevinc gətirsin".

A.Əhmədovun sözlərinə görə, şagirdlərə verilən tapşırıqlar yaradıcı olmalı, onu həvəsləndirməlidir. Bu məsələ isə müəllimlərdən və onun məsələyə yanaşmasından asılıdır:

"Bu, müəllimin ustalığından asılıdır. Müəllimlərimiz müasir yanaşmaları tez öyrənməlidirlər. Bilməlidir ki, indiki dövrdə nələr tələb olunur, keçmişlə indi arasında hansı fərqlər var, rəqabətin gücləndiyi belə bir dövrdə biz uşaqda hansı bacarıqları formalaşdırmalıyıq ki, o, rəqabətə davamlı olsun, cibindəki təhsil sənədi ilə cəmiyyətdə yaşaya və fəaliyyət göstərə bilsin. Təhsil problemləri də məhz bunların həllinə yönəlməlidir. Biz buna çalışırıq. Yəni burada əzbərçilikdən təfəkkürə keçid məsələsi var".

A.Əhmədov qeyd edib ki, hazırda ən vacib məsələ təhsil proqramlarının düşüncə, təfəkkür üzərində qurulmasıdır:

"Ona görə bəzən valideynlər "proqram çətindir" deyir. Amma çətin deyil. O mənada çətin deyil ki, biz uşağın fikirləşməsi üçün çalışırıq. Əgər müəllim cavabı hazır desə, uşaq onu kor-koranə qəbul edəcək. Əsas məsələ odur ki, uşaq cavabı müəllimin köməyi ilə özü yavaş-yavaş tapsın. Belə olduqda bu, həm uşaqda xoş əhval-ruhiyyə yaranır, həm də onun yaddaşında daha yaxşı qalır. Əsas məsələ düşüncənin ön mərkəzə gətirilməsi və proqramların ona uyğunlaşdırılmasıdır. Bəzən valideyn deyir ki, riyaziyyatdan elə məsələ veriblər ki, onu mən edə bilmirəm. Biz məgər məsələni valideyn üçün veririk?! Əgər valideyn edə bilmirsə, bu, o demək deyil ki, məsələ səhvdir. Ona görə də riyaziyyatı və ya başqa fənn proqramının uyğunluq səviyyəsini valideynin səviyyəsi ilə ölçmək olmaz".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar