Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qəbul imtahanlarında ödənişi abituriyent ödəyəcək - İkinci dəfə iştiraka görə

Tarix: 25-02-2017 16:15     Baxış: 5378 A- / A+
Qəbul imtahanlarında ödənişi abituriyent ödəyəcək


Dövlət İmtahan Mərkəzi “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamına dair məlumat yayıb.


Manevr.az xəbər verir ki, məlumata görə, bundan əlavə son illər tətbiq edilən tələbə qəbulu modelinə uyğun olaraq abituriyentlər bir neçə istiqamət üzrə müsabiqədə iştirak edə bilirlər: “Bu sahədə aparılan islahatların davamı olaraq bu ildən etibarən abituriyentlərə seçdiyi ixtisas qrupuna uyğun olaraq qəbul imtahanında iki dəfə iştirak etmək imkanı yaradılıb. Birinci imtahanın nəticələrindən razı qalmayan hər bir abituriyent ikinci dəfə öz biliyini sınamağa imkan qazanacaq və bu zaman daha yüksək nəticə göstərdiyi imtahanın nəticəsi müsabiqə zamanı əsas götürüləcək. Bu addım abituriyentlərin imtahanla bağlı psixoloji gərginliyini aradan götürmək və qəbul imtahanında biliklərini tam nümayiş etdirmək üçün daha əlverişli şəraitin yaradılmasına imkan verəcəkdir. Bundan əlavə, keçən ildən etibarən rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanından aldıqları məqbul qiymət iki il qüvvədə qalır”.

Ümumi təhsil müəssisələrinin cari il məzunları orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə buraxılış imtahanlarının nəticələrinə əsasən əlavə qəbul imtahanı vermədən iştirak edirlər.

Qeyd olunub ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamından ümumi təhsil müəssisələrini cari ildə bitirən Azərbaycanın bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan vətəndaşları yararlanacaqlar: “Cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək. Bu qayda eyni zamanda bir neçə ixtisas qrupuna ərizə verən abituriyentlərə də şamil olunacaq. Seçdiyi qruplardan biri üzrə ilk imtahanın ödənişi dövlət tərəfindən, digər imtahanların ödənişi isə abituriyent tərəfindən həyata keçiriləcək. Bu il keçiriləcək ilk imtahanda əvvəlki illərin məzunları ilə yanaşı 11-ci sinif şagirdləri də iştirak edə biləcəklər. Yuxarıdakı kateqoriyadan olan vətəndaşların tələbə qəbulu ilə bağlı keçirilən imtahanda, o cümlədən qəbul imtahanlarının tərkib hissəsi olan rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı və qabiliyyət imtahanında bir dəfə iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək”.

Azərbaycan prezidenti İlham Əliyev respublikada ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər, ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlərin imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar