Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əgər özəl universitetlər administrativ yolla bağlanıbsa, bunu təqdir etmirəm” - Professor

Tarix: 02-02-2017 22:14     Baxış: 4479 A- / A+
"Əgər özəl universitetlər administrativ yolla bağlanıbsa, bunu təqdir etmirəm”

“Demokratik, liberal bir cəmiyyətdə hansısa bir müəssisənin zorla açılıb-bağlanılması arzuolunmaz haldır. Yəni müəssisə özü-özünü açdığı kimi, xeyri xərcini ödəməyəndə də özü-özünü bağlamalıdır. Əgər özəl universitetlər administrativ yolla bağlanıbsa, bunu təqdir etmirəm”.

Bunu Moderator.az-a açıqlamasında professor Şahlar Əsgərov ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bağlanılmasına münasibət bildirərkən deyib.

Şahlar Əsgərov ali təhsil müəssisələrinin bağlanmasının heç bir xeyrini görmədiyini, əksinə zərərinin daha çox olduğunu bildirib:

"Ali məktəb ocaqdır, cəmiyyətə işıq verir, əgər işığı, istisi azdırsa, ona kömək edin ki, işığı çoxalsın. Yox əgər bu da əlindən gəlmirsə, olan işığın, istinin də üzərinə niyə su tökürsən axı? Elə bir şəxsə verin ki, o işığı, istiliyi çoxalda, yəni işlədə bilsin. Bağlamaqdansa, rəhbərliyi dəyişsinlər, müəssisəni işlədə biləcək yeni kadrlar tapıb rəhbərliyə qoysunlar.

Ali təhsil ocağını bağlamaq küçəmizdə yanan işıqlardan birini vurub sındırmaqdır. Universitetləri küçə işıqlarına bənzətsək, hər bir universitetin bağlanması küçəmizin qaranlığa qərq olması deməkdir. Hesab edirəm ki, bir təhsil ocağını açmaq bir türməni bağlamaq deməkdir. Bir ali təhsil ocağını bağlamaq da ali təhsilli, dəyərli insanların imkanını azaltmaqdır. Deyə bilərsiniz ki, bağlanan ali təhsil ocaqları zəif təhsil verir. Əgər doğrudan da belədirsə, təhsil səviyyəsini aşağa endirsinlər, məsələn, kollec eləsinlər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar