Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

1-ci sinfi 1 günə bitirən dünyanın ən böyük zəkası - FOTOLAR

Tarix: 18-08-2016 16:39     Baxış: 4548 A- / A+
1-ci sinfi 1 günə bitirən dünyanın ən böyük zəkası

Dünyanın ən zəkalı insanı məlum olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yenicə danışmağa başladığı günlərdən əlifbanı öyrənən Vilyam Ceyms Sidis bəşəriyyətin ən zəkalı insanı elan edilib. Qeyri-adi düşüncə tərzi, qavrayışı, yaddaşı ilə hər kəsdən seçilən Vilyam Ceyms Sidis 18-19 aylığında artıq qəzet oxumağı bacarırdı. Daha sonralar çoxsaylı kitablar oxuyan azyaşlı 3 yaşında latın dilini öyrənməyə başladı.

Orta məktəbə yüksək hazırlıqla gedən uşaq orda da hər kəsi təəccübləndirdi. Bu səbəbdən də, Vilyam Ceyms Sidis birinci sinfi 1 gün, 2-ci sinfi bir neçə gün, 3-cü sinfi 3 ay, 4-cü sinfi bir həftə, 5-ci, 6-cı və 7-ci sinifləri 15 həftə sonra bitirdi.

8 yaşı tamam olmamış uşaq ingilis, fransız, rus, latın, yunan, yəhudi, alman dillərində sərbəst danışmağı bilirdi. Gündəlik mətbuatı izləyən Vilyam artıq anatomiya haqqında məqalələr yazırdı. Yaşının azlığına baxmayaraq intellektual sahədə böyük uğurlara imza atan uşaq tədricən mətbuatın müzakirə mövzusuna çevrildi. Onun haqqında yazılanlar “New York Time”ın manşet məqalələrinə çevrildi. Bütün bunlar isə ABŞ-ın nüfuzlu mətbu orqanının satışına təsir edirdi.

Vilyam 11 yaşında Harvard universitetinə qəbul edildi. Qəribə cəhət burasındadır ki, tələbə adının qazanmış bu gənc həm oxuyur, həm də 4 fənn üzrə dərs deyirdi. Onun mühazirələrində Harvard Universitetinin müəllimləri də iştirak edirdilər.

Universiteti 16 yaşında bitirən dahi 4 kitabın müəllifinə çevrildi. O, orta yaşlarında dünyanın 40 dilində sərbəst danışırdı. Lakin siyasətlə maraqlanması ona problemlər yaratdı. Marksın ideyalarını müdafiə edən gənc 1 may nümayişlərindən birində iştirakına görə həbs edildi. Ailəsinin imkanları sayəsində həbsdən azad edilən dahinin cəzası ev dustaqlığı ilə əvəzləndi.

Dini baxışları səbəbindən də mətbuatın diqqət mərkəzində olan Vilyam tənqidlərə görə jurnalistlərdən uzaqlaşmağı qərar aldı. Kütləri informasiya vasitələri bir müddət gündəmdən kənarda qalmış dahidən bir də beyin qansızmasından dünyasını dəyişəndə yazdılar.


1-ci sinfi 1 günə bitirən dünyanın ən böyük zəkası
1-ci sinfi 1 günə bitirən dünyanın ən böyük zəkası
1-ci sinfi 1 günə bitirən dünyanın ən böyük zəkası
1-ci sinfi 1 günə bitirən dünyanın ən böyük zəkası
1-ci sinfi 1 günə bitirən dünyanın ən böyük zəkası
1-ci sinfi 1 günə bitirən dünyanın ən böyük zəkası

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar