Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Çin dilinin öyrənilməsi beyinə xüsusi şəkildə təsir göstərir - İngilis dilindən də yaxşı

Tarix: 21-01-2017 17:37     Baxış: 4459 A- / A+
Çin dilinin öyrənilməsi beyinə xüsusi şəkildə təsir göstərir


Kaliforniya Universitetində aparılan yeni tədqiqat göstərib ki, ana dili Qərbdə adətən mandarin adlandırılan Şimali Çin dili olan azyaşlı uşaqlar musiqi səslərinin yüksəkliyini ingilis dilində danışan yaşıdlarına nisbətən daha yaxşı fərqləndirirlər.

AZƏRTAC “Deccan Chronicle” nəşrinə istinadla xəbər verir ki, sən demə, Şimali Çin dilinin öyrənilməsi beyinə xüsusi şəkildə təsir göstərir.

Tədqiqatçılar Şimali Çin və ya ingilis dillərini öyrənən ümumən 180 uşağın iştirakı ilə iki eksperiment aparıblar. Uşaqlar səslərin yüksəkliyinin və tembrinin qavranılması xüsusiyyətlərini dəyərləndirmək üçün nəzərdə tutulan tapşırıqları yerinə yetiriblər. Mütəxəssislər səs tembrinin qavranılmasında əhəmiyyətli fərqlər aşkar etməyiblər. Amma diqqət yetiriblər ki, ingilis dilində danışan uşaqlar səslərin yüksəkliyini Şimali Çin dilində danışanlardan daha pis fərqləndiriblər.

Mütəxəssislər məsələyə aydınlıq gətirərək bildirirlər ki, Şimali Çin dili ahəngli dildir. Bu isə o deməkdir ki, bu dildə müxtəlif hecalar ahəngdən asılı olaraq müxtəlif mənalar kəsb edə bilər. Buna görə də Şimali Çin dilini öyrənən uşaqlar səsin ahənginin dəyişməsini dərhal tutmağı öyrənirlər. Görünür, musiqi səslərinin yüksəkliyini də məhz bunun sayəsində yaxşı fərqləndirirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar