Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bağlanan universitetin rektoru və müəllimləri nazirliyə çağırılıb

Tarix: 20-01-2017 14:21     Baxış: 3470 A- / A+
Bağlanan universitetin rektoru və müəllimləri nazirliyə çağırılıb


Ötən gün Təhsil Nazirliyində “Qafqaz” Universitetinin rektoru və müəllimləri ilə görüş keçirilib.

Bu barədə fəaliyyəti dayandırılan “Qafqaz” universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza bildirib.

Onun sözlərinə görə, görüşün əsas məqsədi ali təhsil müəssisəsinin müəllimlərinin gələcək fəaliyyəti, akademik təcrübələri ilə bağlı sualları Təhsil Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırmaq olub.

“Görüşdə qeyd olunub ki, “Qafqaz” Universitetinin Ləğvetmə Komissiyası öz fəaliyyətini Təhsil Nazirliyinin işçi qrupu ilə əlaqələndirmiş şəkildə qurur və aidiyyatı suallar proses başa çatana qədər cavablandırılacaq. On gün ərzində komissiya universitetin tələbə və müəllim heyəti ilə bağlı qərar verəcək”.

R.Rza qeyd edib ki, ilk növbədə tələbələrinin təhsillərini optimal şəkildə davam etdirmələri üçün bütün şərait təmin ediləcək.

Qeyd edək ki, “Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlayıb və ləğvetmə komissiyası yaradılıb. Eyni zamanda universitetin ləğvi ilə bağlı Təhsil Nazirliyində İşçi qrupu yaradılıb və qış imtahan sessiyasından sonra tələbələrin digər universitetlərə köçürülməsi həyata keçiriləcək.(azvision)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar