Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb

Tarix: 13-07-2020 18:25     Baxış: 5322 A- / A+
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb


Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası sona çatıb. İmtahan sessiyası təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formada şifahi keçirilib. İmtahan sualları tələbələrə Akademiyanın elektron sistemi tərəfindən ünvanlanıb və tələbə sualları onlayn qaydada şifahi şəkildə cavablandırıb.


Pandemiya dövründə xüsusi karantin rejiminin tələbləri və distant tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün tam şərait yaradılıb.

Tələbələrin imtahanlarda daha fəal iştirak etmələri üçün Elmi Şuranın qərarına əsasən, bir sıra güzəştlər tətbiq olunub.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası daxil olan müraciətləri araşdıraraq müva
fiq qərarlar qəbul edib.

Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar