Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu tələbələrin ödədiyi təhsil haqqı geri qaytarıla bilərmi?

Tarix: 07-07-2020 20:05     Baxış: 4501 A- / A+
Bu tələbələrin ödədiyi təhsil haqqı geri qaytarıla bilərmi?


"İkinci semestr ərzində tam dərs keçirilmədiyi üçün güzəştli kateqoriyalara aid olmayan tələbələrin də təhsil haqları geri qaytarılmalı, ya da növbəti semestrlərdə güzəştlər tətbiq edilməlidir".

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov iyunun 8-dən //e-telebe.edu.az elektron portalda bakalavriat təhsili alan 18 252, magistratura təhsili alan 1061, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2547, tam orta tədris bazasından orta ixtisas təhsili alan 1939 və peşə təhsili pilləsində təhsil alan 424 nəfərin ərizəsinin təsdiq edilməsindən danışarkən deyib. Ekspert bildirib ki, hazırda ali və orta ixtisas təhsili müəssisələrində dərs olmasa da, tələblər təhsil haqqını ödəyiblər:

"Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar qəbul etdi. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu məqsədlə 40 milyon manat ayrılıb. Yeni qərar kifayət qədər şəxsə, azı 20 min tələbənin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini əhatə edəcək. Burda bir maraqlı nüans da var ki, hazırda 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbənin 60 faizi ödənişli əsaslarla təhsil alır və onların böyük əksəriyyəti qış sessiyasında iştirak etmək üçün təhsil haqlarının qalan hissəsini ödəyiblər. Baxmayaraq ki, hazırda ali və orta ixtisas təhsili müəssisələrində dərs yoxdur, amma tələblər təhsil haqqını əvvəldən ödəyiblər".

Kamran Əsədov hesab edir ki, dərs keçirilmədiyi üçün tələbələrin təhsil haqları və ya onun müəyyən hissəsi geri qayıtmalıdır:


"Digər tərəfdən isə pandemiyanın vurduğu zərərə görə təhsil haqqı ödənişi dövlət tərəfindən ödəniləcək tələbə kateqoriyasına aid olan tələbələr var ki, onlar təhsil haqlarını ödəyiblər. Qərarda deyilir ki, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu o deməkdir ki, hətta həmən kateqoriyaya aid olan şəxslər təhsil haqqını ödəyibsə, onların da təhsil haqları ödəniləcək. Deməli, ailələri - ünvanlı dövlət sosial yardımı alanlar; hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: - I və II dərəcə əlilliyi olan şəxslər; - işsiz kimi qeydiyyatda olanlar; - yaşa görə əmək pensiyaçıları; - yaşa görə sosial müavinət alanlar. Bu kateqoriyaya aid olan tələbələr təhsil haqlarını ödəyiblərsə, onların ödədikləri təhsil haqları geri qaytarılacaq. Bu, həm indi davam edən ikinci semestrə, həmdə 15 sentyabrdan başlayacaq semestrə şamil olunur".

Kamran Əsədov bu kateqoriyalara aid olmayan tələbələrə də güzəşt olunmasının vacibliyini qeyd edib:


"İkinci semestr ərzində tam dərs keçirilmədiyi üçün bu kateqoriyalara aid olmayan tələbələrin təhsil haqları da geri qaytarılmalı, yada növbəti semestrlərdə güzəştlər tətbiq edilməlidir. Çünki onların da gəlirləri ciddi şəkildə aşağı düşüb. Təəssüflər olsun ki, bu istiqamətdə heç bir fəaliyyət görmürük".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar