Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Abituriyentlər üçün dərs vaxtı" onlara nə verir? - Ekspert DANIŞIR

Tarix: 29-06-2020 20:00     Baxış: 4313 A- / A+
"Abituriyentlər üçün dərs vaxtı" onlara nə verir? - Ekspert DANIŞIR


"Martın 3-dən etibarən təkcə orta ümumtəhsil məktəblərinin yox, hazırlıq kurslarının da fəaliyyətini məhdudlaşdırması ali məktəblərə hazırlaşan abituriyentlərin kifayət qədər tədris prosesindən geri qalmasına səbəb oldu".

Manevr.az bildirir ki, bunu lent.az-a təhsil eksperti Kamran Əsədov deyib. O bu müddət ərzində Təhsil Nazirliyinin abituriyentlər və şagirdlər üçün keçirdiyi layihələrin effektivliyi məsələsinə də toxunub: "Dərslərə məhdudiyyətlərin qoyulmasından sonra Təhsil Nazirliyi bir sıra uğurlu layihələr həyata keçirdi. "Teledərs", "Virtual məktəb" layihələri şagirdlərə dərslərdə davamiyyəti saxlamağa kömək etdi.

Ali məktəblərə hazırlaşanlar üçün "Abituriyentlər üçün dərs vaxtı" da uğurlu layihələrdəndir. Müəyyən şagirdlər var ki, onlar maddi çətinlik ucbatından hazırlıqlarda, eyni zamanda müəllimlərin ödənişli onlayn dərslərində iştirak edə bilmirlər. Təhsil Nazirliyinin layihəsi bu qəbildən olan abituriyentlər üçün də çox yaxşı bir şansdır. Maraqlı tərəfi odur ki, hazırlıq dərsləri ali məktəblərə keçirilən qəbul imtahanlarında istifadə olunan mövzulardan, eyni zamanda ordakı test tapşırıqlarının izahından ibarətdir. Layihədə dərs verən müəllimlərin repetitorluqda kifayət qədər təcrübəsi var.

"Teledərs" layihəsindən fərqi ondan ibarətdir ki, daha çox əhatəlidir. Qəbul imtahanlarında daha çox istifadə edilən, abituriyentlər tərəfindən daha az cavablandırılan, çətin hesab olunan test tapşırıqlarını əhatə edir. Yəni, sonuncu layihə ali məktəblərə hazırlaşmaq istəyənlər üçün olduqca böyük bir şansdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar