Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni yaradılan liseylərə müəllimlərin qəbulu BU FORMADA həyata keçiriləcək

Tarix: 27-06-2020 17:41     Baxış: 4325 A- / A+
Yeni yaradılan liseylərə müəllimlərin qəbulu BU FORMADA həyata keçiriləcək


Təhsil Nazirliyi yeni yaradılan liseylərdə dərs deyəcək müəllimlərin işə qəbulunun hansı formada həyata keçiriləcəyini açıqlayıb.

Manevr.az trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov deyib ki, yeni liseylərdə ən yüksək bal toplayan peşəkar müəllimlər dərs deyəcək.

Yeni yaradılan liseylərdə tədrisi həyata keçirəcək pedaqoji heyətin seçilməsi zamanı ilk növbədə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin və diaqnostik qiymətləndirmələrin nəticələrinə əsaslanılacaq.

X.Seyranovun sözlərinə görə, yeni liseylərin müəllimləri yüksək bal toplamış müəllimlər sırasından müsabiqə əsasında seçiləcək:

"Regionlar üzrə seçim həyata keçiriləcək. Təmayül istiqamətlərindən asılı olaraq, müvafiq şəhər və rayonlarda işləyən təcrübəli müəllimlər müsabiqə yolu ilə seçiləcək. Müəllimləri Təhsil Nazirliyinin müəyyən etdiyi komissiya şəffaf, bərabər, ədalətli seçim prosesi əsasında seçəcək. Seçim zamanı komissiya üzvləri müəllimin təcrübəsi, təmayül istiqamətləri üzrə biliyi, müvafiq qiymətləndirmələrdəki nəticələri ilə yanaşı, təmayül siniflərində dərinləşdirilmiş proqramlarla işləyə bilmək üçün məntiqi təfəkkürünü, dünyagörüşünü də qiymətləndirəcək".

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar