Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

BMU-da buraxılış işlərinin növbəti müdafiəsi keçirilib

Tarix: 21-06-2020 18:31     Baxış: 4432 A- / A+
BMU-da buraxılış işlərinin növbəti müdafiəsi keçirilib


Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasında buraxılış işlərinin onlayn müdafiəsi keçirilib.
Müdafiə prosesində iştirak edən BMU-nun rektoru, professor Havar Məmmədov tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib. O, tələbələrin fikirlərini ingilis dilində səlis və çox dolğun şəkildə izah etmələrini yüksək qiymətləndirib. Buraxılış işlərini müdafiə edən tələbələri təbrik edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
BMU-da buraxılış işlərinin növbəti müdafiəsi keçirilib


Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasının dosenti Feyruz Həsənovun sədrliyi ilə keçirilən müdafiə proresində iştirak edən 8 nəfər tələbə əhatəli, eyni zamanda dolğun yazdıqları buraxılış işlərini müdafiə ediblər. Komissiya sədri və üzvlərinin suallarını ətraflı cavablandıran tələbələr yüksək nəticələr qazanıblar.
Müdafiə prosesində BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Pedaqoji fakültənin Tədris işləri üzrə dekan müavini Seyran Qayıbov, Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev və kafedranın müəllimləri iştirak ediblər və tələbələri təbrik ediblər.
Tələbələr adından çıxış edən qrup nümayəndəsi Aytac Piriyeva biliklərinin formalaşmasında yüksək əməyi keçən bütün müəllimlərinə minnətdarlıqlarını bildiriblər, həmçinin BMU-da əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.
Məlumat üçün bildiririk ki, bu il BMU-da bakalavriat səviyyəsi üzrə 709 tələbənin yekun attestasiyası Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında aparılacaq. 61 tələbə isə öz arzusuna uyğun olaraq onlayn dövlət imtahanında iştirak edəcək. 25 bakalavr üçün buraxılış işlərinin onlayn müdafiəsi keçiriləcək. Magistratura səviyyəsində isə 129 magistrantın onlayn dissertasiya işinin müdafiəsi nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar