Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutuna əcnəbi tələbələrin qəbulu nəzərdə tutulur

Tarix: 08-06-2020 22:03     Baxış: 6262 A- / A+
Azərbaycan İlahiyyat İnstitutuna əcnəbi tələbələrin qəbulu nəzərdə tutulur


Azərbaycan İlahiyyat İnstitutuna 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.
Tələbələrin qəbulu təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota, İnstitutun iştirak etdiyi beynəlxalq proqramlar, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı, İnstitut ilə xarici ölkələrin təhsil müəssisələri, hüquqi və fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında keçirilir.

Azərbaycan İlahiyyat İnstitutunda ödənişsiz təhsil alan əcnəbi tələbələrə xüsusi imtiyazlar verilir. Belə ki, onlar yüksək məbləğdə təqaüdlə, yataqxana və bütün fənlər üzrə pulsuz dərsliklərlə, o cümlədən geyimlə təmin olunurlar.

Aşağıdakı meyarlara uyğun olan şəxslər Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat səviyyəsində təhsil almaq üçün müraciət edə bilərlər:

1. Yaşı 30-dan çox olmayan.
2. Əvvəlki təhsil pilləsini və ya səviyyəsini uğurla bitirən.
3. Məhkumluğu olmayan.
4. Sağlamlığı təhsil almağa imkan verən.
5. Azərbaycan dilini bilən.
6. Din xadimi kimi fəaliyyət göstərməyə marağı olan.
7. Din haqqında ümumi anlayışı olan.
8. Mənəvi-psixoloji durumu dini təhsil almağa imkan verən.
9. Ünsiyyətqurma bacarığı olan.
10. Ümumi dünyagörüşü geniş olan.
11. Cəmiyyətdə mövcud müxtəlif inanclara qarşı dözümlülüyü olan.
12. 1-4-cü bəndlərdə qeyd olunanlar əcnəbinin təqdim etdiyi sənədlər vasitəsilə, 5-11-ci bəndlər isə bu Qaydalara uyğun surətdə İnstitut tərəfindən təşkil olunan müsahibə nəticəsində müəyyən edilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar