Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb

Tarix: 03-06-2020 22:31     Baxış: 4253 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) keçirilən Elmi Şurada 2019-2020-ci tədris ilinin yaz semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi və yay imtahan sessiyasının təşkili barədə bir sıra qərarlar qəbul edilib.

Cari ilin yaz semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantlar tədris əsnasında əldə etdikləri nəticələr əsasında qiymətləndiriləcək və onların dərslərdəki aktivliyi nəzərə alınacaq. Onlayn dərslərdə iştirak etməyən tələbələrin yaz semestri üzrə qiymətləndirilməsi onların yay imtahan sessiyasında toplayacaqları balların 2-yə vurulması ilə həyata keçiriləcək.

Bakalavriat səviyyəsi üzrə II tədris ilində təhsil alan tələbələr kurs işi yazmaq tələbindən azad edilirlər. Buraxılış kurslarının tələbələri də təcrübə və buraxılış işi yazmaq tələbindən azad ediləcək, onların təcrübə işlərinin qiymətləndirilməsi və yekun attestasiya nəticələri təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən aparılacaq. Akademik borcu ikidən çox olmayan buraxılış kurslarının tələbələrinə fənni dinləmədən imtahan vermək üçün şərait yaradılacaq.

Magistr dissertasiyalarını müdafiə etməyə hazırlaşan magistrantlar məqalə nəşr etdirmək tələbindən azad ediləcəklər. Magistr dissertasiyalarının müdafiəsi İxtisaslaşdırılmış Şurada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada təşkil ediləcək.

Mürəkkəb, eləcə də geniş şərhlər tələb edən mövzuların imtahan materiallarına daxil edilməməsi və imtahan suallarının ümumi sayının azaldılması tövsiyə olunaraq 2019-2020-ci tədris ilinin yay imtahan sessiyasının onlayn formada, əsasən şifahi şəkildə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 3 mart 2020-ci ildən dayandırılıb. 2019-2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ali təhsil müəsisələrinə tapşırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar