Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Universitet və ixtisas seçimini asanlaşdıracaq platforma yaradılır - Abituriyentlərin NƏZƏRİNƏ

Tarix: 03-06-2020 15:37     Baxış: 4233 A- / A+
Universitet və ixtisas seçimini asanlaşdıracaq platforma yaradılır

Azərbaycanda abituriyentlərin universitet və ixtisas seçimini asanlaşdıracaq "İŞIQ" adlandırılan veb-platforma yaradılır.

Manevr.az xəbər verir ki, bunu apa-ya İnnovasiya Agentliyinin startaplara dəstək və akselerasiya şöbəsinin proqram koordinatoru Zaur Ünsizadə deyib.
Onun sözlərinə görə, yerli mütəxəssislərin startap layihəsi Arizona Dövlət Universitetinin professoru ilə birgə işlənilir.
"Daha çox yerli kütlə üçün nəzərdə tutulan bu layihə bir növ karyera bələdçisi rolunu oynayacaq. Bir çox hallarda orta məktəbi bitirən gənclər universitet və ixtisas seçimində çətinliklərlə qarşılaşır. Onlar bilmirlər hansı universiteti bitirdikdən sonra nə işlə təmin olunacaqlar. Bu seçimi asanlaşdıracaq spesifik testlər hazırlanır ki, onların vasitəsilə abituriyentlər düzgün seçim edə biləcək. Testlərin spesifikliyi isə həm şəxsiyyətin, həm də bacarıqların təyin edilməsindən ibarətdir. Layihənin demo variantı hazırdır, lakin tam olaraq istifadəyə verilməsi iyunun sonuna gözlənilir", - deyə Z. Ünsizadə qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar