Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu abituriyentlərin imtahan nəticələri ləğv edilə bilər

Tarix: 02-06-2020 16:10     Baxış: 4210 A- / A+
Bu abituriyentlərin imtahan nəticələri ləğv edilə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarının öz sağlamlıqları haqqında bəyannaməni hansı formada əldə edəcəklərini açıqlayıb.

Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, abituriyentlər bəyannaməni elektron qaydada əldə edəcəklər. Abituriyentlər imtahanda iştirak üçün “İmtahana buraxılış vərəqəsi”ni əldə edərkən bəyannaməni də çap edə biləcəklər. Bəyannamədə imtahan iştirakçısının adı, familiyası, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd ediləcək:

“Abituriyent həmin bəyannaməni imzalamaqla təsdiq edəcək ki, son 15 gün ərzində onun özündə və ailə üzvləri arasında koronavirusa yoluxma halı qeydə alınmayıb, koronavirusa yoluxmuş heç bir şəxslə təmasda olmayıb, imtahana gələrkən bədən temperaturu 37 dərəcədən aşağı olub, tənəffüs yollarının kəskin infeksiyası simptomları mövcud olmayıb”.

X.Xanlarzadə əlavə edib ki, imtahan iştirakçısı bəyannamədəki məlumatların tam və düzgün göstərilməsinə görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyacaq.

DİM rəsmisi bildirib ki, əgər abituriyentin özündə və ya ailə üzvlərində koronavirus olarsa və o, bu məlumatı qəsdən gizlədərsə, bu zaman abituriyentin imtahan nəticələri ləğv edilə bilər.

Bəyannamədə abituriyentə yanlış məlumatların verilməsinin imtahan nəticələrinin ləğvinə səbəb ola biləcəyi barədə məlumat verilir. Buna görə də abituriyent öz məsuliyyətini dərk edərək bəyannaməni təsdiq etməlidir.

X.Xanlarzadə onu da əlavə edib ki, hər imtahan günündən 5 gün əvvəl DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etmək mümkün olacaq. Abituriyentlər həmin vərəqəni çap edərkən bəyannaməni də çap edə biləcəklər./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar