Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil nazirindən tələbə təqaüdləri ilə bağlı AÇIQLAMA

Tarix: 23-05-2020 18:18     Baxış: 4255 A- / A+
Təhsil nazirindən tələbə təqaüdləri ilə bağlı AÇIQLAMA

Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı heç bir narahatlığa səbəb yoxdur. Təqaüd verilən bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər.

Manevr.az bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti öz öhdəliyini yerinə yetirərək təhsil sahəsində çalışanların əməkhaqlarının, tələbələrin təqaüdlərinin vaxtında ödənilməsini özü üçün bir nömrəli prioritet sayır:

“Bu, əvvəlki aylarda 100 faiz təmin edilib. Növbəti aylar ərzində də tələbələrə təqaüdlərin ödənilməsi dövlət tərəfindən 100 faiz təmin ediləcək”.

C.Bayramov əlavə edib ki, növbəti, yəni 2020-2021-ci tədris ilinin payız semestri üzrə tələbələrin təqaüdlərinin alınması artıq yay imtahan sessiyasının nəticələri əsasında həyata keçiriləcək. Həmin müddətdə də bu hüququ əldə edən tələbələrin hamısının təqaüdü 100 faiz ödəniləcək:

“Sadəcə olaraq, hazırkı xüsusi vəziyyət nəzərə alınaraq, təqaüd almaq imkanı yalnız iyun-iyul ayları ərzində keçiriləcək imtahanda iştirak edən tələbələrə şamil olunmayacaq. Əgər kimsə bu aylarda keçirilən imtahanlarda iştirak etməyib, amma tədris ilinin əvvəlində keçirilən imtahanlarda iştirak edəcəksə, həmin tələbələr də imtahanları vermək şərtilə təqaüd almaq imkanı əldə edəcəklər. İyun-aylarında imtahanlarda iştirak etməmək tələbələri birmənalı şəkildə təqaüd almaq hüququnundan məhrum etmir”.

Təhsil Nazirliyinin elektron sistemindəki tələbələrin təqribən 50 faizinin təqaüd aldığını nəzərə çatdıran C.Bayramov əlavə edib ki, bu gün təqaüd almaq hər bir ali təhsil müəssisəsində ixtisasa uyğun olaraq, rəqabətli şəraitdə həyata keçirilir.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar