Sizin Reklam Burada
Xəbər lenti
29 may
28 may
BÜTÜN XƏBƏRLƏR

DİM imtahanların təşkili ilə bağlı qərar verdi - RƏSMİ

Tarix: 21-05-2020 15:34     Baxış: 445 A- / A+
DİM imtahanların təşkili ilə bağlı qərar verdi - RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə keçirəcək.

Manevr.az xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, DİM Təhsil Nazirliyi və yerli icra orqanları ilə birgə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunmasına dair hazırladığı metodiki göstərişləri nəzərə alaraq təcili və təxirəsalınmaz tədbirlər görür.

Belə ki, DİM əməkdaşları Təhsil Nazirliyinin tabeliyində olan binalara yerində baxış keçirib, imtahan üçün seçilən təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyəti yoxlanılıb.

Hazırda imtahan iştirakçılarının sosial məsafə gözlənilməklə zallarda yerləşdirilməsi, imtahan mərkəzlərində sanitar qovşaqların, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, həmçinin işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması istiqamətində işlər görülür.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar