Sizin Reklam Burada
Xəbər lenti
31 may
30 may
BÜTÜN XƏBƏRLƏR

Yeni təyin edilən rektor kollektivə təqdim olunub

Tarix: 13-05-2020 15:45     Baxış: 381 A- / A+
Yeni təyin edilən rektor kollektivə təqdim olunub


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilən Aqil Şirinovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ali təhsil müəssisəsinin rəhbər heyətinə təqdim edib.

Manevr.az xəbər verir ki, Mübariz Qurbanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aqil Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında Sərəncamını diqqətə çatdırıb.

Komitə sədri çıxışı zamanı İnstitutun yaradılma məqsədi, qarşıda duran vəzifələri haqqında danışıb. İnstitutun yetişdirdiyi kadrların milli-mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini verəcəyinə ümidvar olduğunu qeyd edib. Aqil Şirinovun elmi fəaliyyətindən bəhs edən Mübariz Qurbanlı yeni təyinatı münasibətilə onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən rektor Aqil Şirinov ona göstərilən böyük etimada və inama görə, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bundan sonra öz fəaliyyətini ali təhsil müəssisəsinin daha da inkişaf etməsinə həsr edəcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Yeni təyin olunan rektor İnstitutun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışıb.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar