Sizin Reklam Burada
Xəbər lenti
26 may
25 may
24 may
BÜTÜN XƏBƏRLƏR

"UNEC qısa zamanda dünyanın tanınmış universitetləri sırasında yer aldı” –Şahlar Əsgərov

Tarix: 10-05-2020 20:38     Baxış: 449 A- / A+
"UNEC qısa zamanda dünyanın tanınmış universitetləri sırasında yer aldı” –Şahlar Əsgərov

2020-ci il iyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 yaşı tamam olur. Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında UNEC-in müstəsna xidmətləri var. UNEC ölkəmizdə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.

Professor Ədalət Muradovun ali təhsil ocağına rektor təyin edilməsindən sonra UNEC-də görülən işlərin kəmiyyət və keyfiyyəti müsbətə doğru daha da dəyişdi.

Universitetin fəaliyyəti ilə bağlı İctimai Şuranın sədri Şahlar Əsgərov azedu.az-a açıqlamasında bildirib ki, universitet nəinki ölkəmizdə, hətta xaricdə məşhur tədris mərkəzləri sırasında yer alıb:

"UNEC-in adı 15-20 il əvvəl Xalq Təsərrüfatı İnstitutu idi. Xalq arasında "narxoz” adlanırdı. Bu söz deyiləndə insanlar düşünürdülər ki, burada biliklər pulla satılır, qiymətlər də eyni şəkildə yazılır və təhsil zəif verilir. Korrupsiya hallarının çox olması fikirlərini eşidirdik. Məhz bu universitet UNEC-ə çevrildikdən sonra neqativ hallar aradan qaldırıldı. O qədər müsbət dəyişikliklərə imza atdı ki, təkcə Azərbaycanın deyil, dünyanın tanınmış universitetləri sırasında yer aldı”.
"Alınan bütün qərarlar tələbələrin xeyrinə olur”

Bu necə baş verdi? Hansı islahatlar həyata keçirildi?

"İdarəetmə sistemi dəyişildi. Universitet kadrları daha savadlı və yüksək potensiallı şəxslərlə əvəzləndi. Xaricdə təhsil alan azərbaycanlı gənclər UNEC-ə cəlb olundu. Özüm də universitetdə bir neçə dəfə İctimai Şuranın üzvü kimi qəbul iştirak etmişəm. Alınan bütün qərarların tələbələrin xeyrinə olduğunu müşahidə etdim. UNEC-dəki bütün kadrlar millətinə qulluq etdiyini yaxşı dərk edir”.

"Cəmiyyətimizə tövsiyə edirəm ki, işini layiqincə yerinə yetirənləri alqışlasınlar”

"UNEC-in rəhbəri, professor Ədalət Muradov çox kreativ düşüncəli insandır. Bir sıra yeniliklərlə çıxış edib. Bunlardan "XXI əsrin universiteti”, "Rəqəmli iqtisadiyyat” kimi uğurlu ideyalar səsləndirib və həyata keçirib. Cəmiyyətimizə tövsiyə edirəm ki, işini layiqincə yerinə yetirənləri alqışlasınlar”.

Şahlar Əsgərov universitetlə bağlı maraqlı xatirəsini də bölüşdü:

"Dünyada məşhur "TED-X”(mərkəzi ofisi San-fransiskoda yerləşir) mühazirələri vardır ki, o UNEC-də də həyata keçirildi. Burada maraqlı xatirəmi bölüşürəm. Rektorla söhbət zamanı TED-X mühazirələrini xeyli təriflədim. Bildirdim ki, universitetdə tətbiq edilsə, müsbət nəticə əldə etmək olar. Rektor Ədalət Muradov gülərək bildirdi ki, Şahlar müəllim, 1 ildir ki, biz də bunu həyata keçirmək formasını hazırlayırıq. Bundan sonra UNEC-də TED-X mühazirələri keçirilməyə başladı. Mühazirələrin birində mən də çıxış etmişəm. 22 dəqiqə ərzində "İnkişafın zəruri və kafi şərti” adlı mühazirə oxudum. Mühazirənin uğurlu olmasını zalda əyləşənlərin alqış səslərindən bilmək olur”.

UNEC haqda çox danışmaq olar, qısa zamanla məhdudlaşdıra bilmərik. Universitet rəhbərliyinə və müəllim heyətinə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar