Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu tələbələr yekun dövlət imtahanından azad ediləcək

Tarix: 09-05-2020 17:39     Baxış: 4289 A- / A+
Bu tələbələr yekun dövlət imtahanından azad ediləcək

"80 faiz tələbənin yekun qiymətləndirilməsi əvvəlki semesterlərin nəticəsinə əsasən həyata keçiriləcək”.

Manevr.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə universitetlərin yekun rəyinə əsasən bu il ali təhsil müəssisələrində dövlət imtahanı keçirilməyəcək.

"Son tədris ilinin tələbələrinin 80 faizi dövlət imtahanı, 20 faizi isə buraxılış işləri təqdim edirlər. Bir çox ali təhsil müəssisələrinin rəylərinə əsasən tələbələr dövlət imtahanı vermədən əvvəlki ümumi orta göstəricilərinin nəzərə alınması məqbul hesab olunur. Çünki son kurs tələbələrinin özəlliyi ondan ibarətdir ki, onlar haqqında ali təhsil müəssisələrində kifayət qədər ətraflı məlumat var. Onların 7 semestr ərzində göstərdiyi statistik nəticələr mövcuddur . Bu nəticələr tələbənin yekun qiymətləndirməsinin aparılmasina əsas verir.

Digər təhsil səviyyələrində olduğu kimi onlar bu formada nəticələrdən məmnun qalmasalar, ali təhsil müəssisələrinə müraciət edərək, dövlət imtahanında iştirak edərək öz nəticələrini yenidən sübut edə bilərlər”.

Onun sözlərinə görə, buraxılış işlərinin həm ənənəvi, həm də onlayn formada müdafiəsi təşkil oluna bilər.

"Buraxılış işi formatında yekun attestasiya olunacaq tələbələrə gəldikdə isə yazılan işlər tələbələr tərəfindən onlayn formada ali təhsil müəssisələrinə təqdim olunacaq və yenə də ixtisasın spesifik xüsusiyyətlərdən asılı olaraq buraxılış işlərinin müdafiəsi onlayn və yaxud da ənənəvi formada təşkil ediləcək.

Yaradıcılıq ixtisasları üzrə buraxılış imtahanlarının isə azsaylı qruplar şəklində ənənəvi formada keçirilməsi nəzərdə tutulur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar