Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pedaqoji təhsili olmayan şəxslər müəllim işləyə bilər?

Tarix: 06-05-2020 14:11     Baxış: 4242 A- / A+
Pedaqoji təhsili olmayan şəxslər müəllim işləyə bilər?

Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğuluna icazə veriləcək.

Manevr.az xəbər verir ki, bu, ümumi təhsil pilləsi ilə bağlı təsdiqlənmiş yeni normativ hüquqi aktlarda yer alan pedaqoji fəaliyyətlə məşğul olma qaydasında öz əksini tapıb.

Qaydalara əsasən, bu imkan kadr tələbatının təhlili əsasında müvafiq siyahıdan Təhsil Nazirliyi tərəfindən müəyyən edilən ixtisaslar üzrə mütəxəssislərə şamil ediləcək və həmin ixtisaslar hər il üçün elan ediləcək.

Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də işə qəbulunun Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılması nəzərdə tutulur. Həmin mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar.

Qeyd edək ki, Nazirlər Kabineti “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib.Bu qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.1-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanıb və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir./report.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar