Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyası onlayn təhsildə keyfiyyəti təmin etmək üçün səylərini davam etdirir

Tarix: 23-04-2020 14:07     Baxış: 2297 A- / A+
Gömrük Akademiyası onlayn təhsildə keyfiyyəti təmin etmək üçün səylərini davam etdirir

Azərbaycanda ilk dəfə olaraq tədris cədvəlinə tam uyğun vaxtda və müddətdə dərslərin onlayn tədrisini təmin edən Dövlət Gömrük Komitəsinin Akademiyası onlayn təhsildə və biliyin qiymətləndirilməsi prosesində maksimum keyfiyyəti təmin etmək üçün səylərini davam etdirir.

Akademiyadan Manevr.az-a verilən məlumata görə, rəhbərliyin tapşırığı ilə onlayn təhsil prosesinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı olaraq bir neçə istiqamətdə addımlar atılıb. Bu məqsədlə tələbələrlə və müəllimlərlə anonim qaydada sorğular keçirilib, tələbələrlə və qrup nümayəndələri ilə fərdi qaydada müzakirələr aparılıb, Akademiya tələbələrinin böyük əksəriyyətinin iştirakı ilə ümumi onlayn görüş keçirilib, eyni zamanda, bu sahədə dünyanın qabaqcıl universitetlərinin təcrübəsi öyrənilir, bunların əsasında həm Akademiya rəhbərliyinin, həm də əlaqədar strukturların əməkdaşları arasında müzakirələr təşkil edilir.

Akademiyada onlayn təhsil prosesinin ilkin qiymətləndirilməsini və təklifləri əhatə edən hesabat hazırlanıb. Məqsəd onlayn təhsilin maksimum keyfiyyətinin təmin edilməsi və biliyin mövcud şərait daxilində qiymətləndirilməsinə dair ən mütərəqqi qaydaların tətbiq olunmasıdır.

Həmçinin, təhsilin onlayn qaydada aparılması ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin, o cümlədən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində şəbəkəyə daxil olan universitetlər arasında bu sahədə ən qabaqcıl və mütərəqqi təcrübəyə malik olan ali təhsil müəssisələrinin təcrübəsinin öyrənilib tətbiq olunması nəzərdən keçirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar