Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlik yanında İctimai Şuradan təhsil ictimaiyyətinə MÜRACİƏT

Tarix: 14-04-2020 18:27     Baxış: 4213 A- / A+
Nazirlik yanında İctimai Şuradan təhsil ictimaiyyətinə MÜRACİƏT

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimaiyyətinə müraciət edib.

Manevr.az müraciətin mətnini təqdim edir:

"Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarını dövlətin vətəndaşına, onun sabahına, gələcəyinə, intellektual gəncliyinə növbəti qayğısı kimi qiymətləndiririk. Dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası dövründə Prezident İlham Əliyev tərəfindən hər bir vətəndaşa göstərilən qayğı, fərqli sosial təbəqələrdən olan vətəndaşlarımızla bağlı konkret qəbul olunmuş qərarlar, yaranmış situasiyada dövlətimizin insanların yanında olmaq istiqamətində atdığı hər bir addım cəmiyyət tərəfindən rəğbətlə qarşılanır, eyni zamanda, dövlət-vətəndaş birliyini təcəssüm etdirir.

Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qeyd etdiyimiz dövlət qayğısının tərkib hissələrindəndir. Təxminən 20 mindən artıq gəncimizə ünvanlanmış bu qərarın icrasına dövlət büdcəsindən 40 milyon manat vəsaitin ayrılması müstəqil dövlətimizin məhz sosial baxımdan aztəminatlı ailələrdən olan tələbələri narahat edən qayğılara dövlətin strateji xəttində ardıcıl olaraq yer verildiyinin növbəti nümayişidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbələrin təqaüdlərinin artırılması ilə əlaqədar ardıcıl sərəncamları, dövlət sifarişli yerlərin sayının artırılması, tələbələrin təqaüdlərinin artırılmasında akademik göstəricilərin, qazanılan təhsil nailiyyətlərinin başlıca faktor kimi götürülməsi dövlət qayğısının sadəcə sosial təminat olmayıb, həm də, bilik və bacarıqların, mütəxəssis hazırlığının daim yüksəldilməsinə hesablanmış motivasiya, ölkəmizdə yüksəkixtisaslı mütəxəssis hazırlığının keyfiyyətinin daha da yüksəldilməsinə təsir edən faktorlar olaraq məqsədli və düşünülmüş addımlar kimi qəbul edilməlidir.

Əminik ki, dünyanı bir nömrəli problem olaraq narahat edən pandemiya təhlükəsinə ölkə rəhbərliyinin xalqımızı, dövlətimizi yaranmış situasiyadan itkisiz, daha az ziyanla çıxması istiqamətində səylərinə vətəndaş həmrəyliyi ortaya qoymaqla, dövlətimizin bu istiqamətdə tövsiyələrinə əməl olunmasında insanlarımızın nümayiş etdirdikləri yüksək nizam-intizamla tez bir zamanda qalib gələcəyik.

Biz birlikdə güclüyük!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar