Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Övladlarının təhsil haqqı ödəniləcək “həssas əhali qrupu” kimlərdir? — Ekspertdən ŞƏRH

Tarix: 05-04-2020 17:33     Baxış: 4561 A- / A+
Övladlarının təhsil haqqı ödəniləcək “həssas əhali qrupu” kimlərdir? — Ekspertdən ŞƏRH


"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək".
Manevr.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert yardım paketinin kimlərə şamil olunacağını və hansı illərin təhsil haqqının ödəniləcəyini açıqlayıb:

"Kimdir bu həssas əhali qrupu?

Sosial cəhətdən xüsusi yardıma ehtiyacı olan əhali qrupu - əlillər və onlara bərabər tutulan şəxslər sosial həssas qrup hesab olunur.

Yəni, özü və ya valideyinləri hansısa əlillik qrupuna daxil olursa, onların özləri, övladları və ya himayəsində olan tələbələr təhsil haqqından azad ediləcəklər.
Deyəcəksiniz ki, onsuz da əlillər prezidentin sərəncamı ilə təhsil haqqından azad edilib. Bəli, elədir, amma 1 və 2 ci qrup əlil, valideynlərindən birini itirmiş, digəri isə əlil olmuş uşaqlar təhsil haqqından azad edilmişdi. İndi isə bu, vəziyyətindən asılı olmayaraq hər kəsə şamil olunacaq.

Belə ki, valideynləri və ya özü əlil olan şəxslər 2020-ci ilin 2-ci semestr təhsil haqqını ödəməyibsə, onun qalan təhsil haqqı borcu ödənəcək. Amma kimsə ödəyibsə, onun pulu geri qaytarılmır.

Hətta 2020-2021-ci tədris ili üçün də bu qrupa daxil olanların təhsil haqqı ödəniləcək.

Nəzərə alsaq ki, bu məqsədlə 40 milyon manat ayrılıb, bu da yetərli məbləğdir". /qaynarinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar