Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İlahiyyat İnstitutunun prorektorunun kitabı nəşr olunub

Tarix: 13-03-2020 14:01     Baxış: 4282 A- / A+
İlahiyyat İnstitutunun prorektorunun kitabı nəşr olunub


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalovun “İslam iqtisadiyyatı” adlı dərsliyi nəşr olunub.

Beş fəsildən ibarət olan “İslam iqtisadiyyatı” dərsliyi İslamın iqtisadi məsələlərə, xüsusilə müasir dövrdə aktual olan problemlərə münasibəti haqqındadır. Kitab İslam iqtisadiyyatının əsas prinsipləri, Mali ibadətlər, Miras hüququ, Müasir məsələlər və Əlavələr bölmələrini əhatə edir.

Birinci fəsildə İslam iqtisadiyyatının ümumi prinsiplərindən bəhs olunur. Burada halal qazancın yolları, mülkiyyət anlayışı və müqavilə nəzəriyyələrindən danışılır. İkinci fəsil zəkat, xüms və sədəqə kimi ibadətlərə həsr olunub. Üçüncü fəsildə İslam hüququnda mühüm yer tutan miras məsələlərinə geniş yer verilib. Dərsliyin dördüncü fəsli isə İslam hüququnun müasir məsələlərini əhatə edir. Bu fəsildə İslam bank sistemi və sığorta haqqında faydalı məlumatlar var. Əlavələr bölümündə isə mehr və nəfəqə haqqında məlumat verildikdən sonra, İslam iqtisadiyyatı ilə bağlı ayə və hadisələr qeyd edilir. Sonda isə İslam iqtisadiyyatı haqqında qısa terminlər lüğəti təqdim olunur.

Qeyd edək ki, kitab ilahiyyat sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə İnstitut müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının nəşri daxildir. Eyni zamanda, ali təhsil müəssisəsinin qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar