Sizin Reklam Burada
Xəbər lenti
01 aprel
31 mart
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi beynəlxalq konfransda iştirak edib

Tarix: 04-03-2020 10:25     Baxış: 4136 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi beynəlxalq konfransda iştirak edib


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi və AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi f.f.d., dosent Anar Qafarov İslam Tədqiqatları Mərkəzi, Ostroh Akademiyasının Milli Universiteti Şərq bölümü, Fəlsəfə İnstitutu və Ukrayna Milli Elmlər Akademiyası Beynəlxalq İslam Düşüncə İnstitutunun dəstəyi ilə Ukraynanın Kiyev şəhərində təşkil olunan “Şərqi-Mərkəzi Avropada İslamın öyrənilməsi və təhsili: tarixi xüsusiyyətlər və çağdaş perspektivlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Azərbaycan, Ukrayna, Belarusiya, Polşa, Macarıstan, eləcə də digər ölkələrin alim və mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda Anar Qafarov “Birgəyaşayışın fundamental dəyərlərinin fəlsəfi və dini aspektlərdən analizi” (“Analysis on the Fundamental Values of Coexistence in Terms of Philosophy and Religion”) mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi beynəlxalq konfransda iştirak edib


A.Qafarov məruzəsində mədəni müxtəlifliyin qloballaşma prosesi və cəmiyyətlər üçün labüd olduğunu qeyd edib. O, bu prosesin lokal və qlobal dəyərlərin bölüşülməsi və müxtəlif mədəniyyətlərə məxsus olan fərdlər arasındakı münasibətlərin inkişaf etməsi baxımından müsbət hadisə olduğunu vurğulayıb.

Məruzəçi, eyni zamanda, cəmiyyətlərdəki mədəni müxtəlifliyin ictimai vəhdət zəminində həll edilməsinin bəzi problemlərə səbəb ola biləcəyini qeyd edib. Multikultural dəyərlərin və tolerant atmosferin qorunub-saxlanılması istiqamətində siyasi və ictimai sahədə görülən tədbirlərin, praktiki olaraq atılan konkret addımların əhəmiyyətli olduğuna diqqət çəkib. A.Qafarov dünyada birgəyaşayış və multikulturalizmlə əlaqədar baş verən hadisələrdən bəhs edərək, müxtəlif ölkələrdə bu istiqamətdə baş verən xoşagəlməz hadisələrdən nümunələr gətirib.

A.Qafarov Azərbaycanın multikulturalizm və tolerantlıq istiqamətində nümunəvi ölkə olduğunu qeyd edərək, bu atmosferin qorunub-saxlanılması məqsədilə ölkədə həyata keçirilən siyasi-ictimai addımlardan bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ölkədə təşkil olunan beynəlxalq tədbirlərlə yanaşı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanlar İdarəsinin və Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətindən ətraflı şəkildə bəhs edib.

Anar Qafarov sonda iştirakçıların verdikləri suallara əsasən, Azərbaycanda birgəyaşayış ənənəsinin hüquqi, siyasi və dini əsaslarından bəhs edib.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar