Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də növbəti iclas keçirilib:gələcək perspektivlər müzakirə olunub -ŞƏKİLLƏR

Tarix: 02-03-2020 12:08     Baxış: 4436 A- / A+
Aİİ-də növbəti iclas keçirilib:gələcək perspektivlər müzakirə olunub


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) qarşıda duran hədəf və məqsədlərlə bağlı növbəti iclası keçirilib. İclasda fevral ayının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub. Tədbirdə İnstitut rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Aİİ-də növbəti iclas keçirilib:gələcək perspektivlər müzakirə olunub

Aİİ rektoru Ceyhun Məmmədov ölkəmizdə təhsilə, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərilən diqqət və qayğıdan bəhs edib. İnstitut rəhbəri vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan yüksək təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirən C.Məmmədov Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən bəhs edib. Tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması istiqamətində görülən işlər, həmçinin nəzərdə tutulmuş layihələr haqqında fikirlərini bölüşüb.

Rektor xarici universitetlərlə əlaqələrin qurulması, ikili diplom, Erasmus+, Mövlanə proqramları ilə tələbələrin xaricdə təhsil imkanları barədə danışaraq, bu yöndə görülən işlərin peşəkar mütəxəssis hazırlama baxımından məqsədyönlü fəaliyyət olduğunu nəzərə çatdırıb.

Zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, dərinbilikli, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin İnstitutun əsas vəzifələrindən olduğunu nəzərə çatdıran C.Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər etdiyini, ona göstərilən yüksək inamı və etimadı doğrultmaq üçün bütün imkanları ilə çalışdığını bildirib.

Manevr.az
Aİİ-də növbəti iclas keçirilib:gələcək perspektivlər müzakirə olunub
Aİİ-də növbəti iclas keçirilib:gələcək perspektivlər müzakirə olunub
Aİİ-də növbəti iclas keçirilib:gələcək perspektivlər müzakirə olunub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar