Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Kurikulum ləğv edilir? — RƏSMİ AÇIQLAMA

Tarix: 25-02-2020 21:51     Baxış: 4490 A- / A+
Kurikulum ləğv edilir? — RƏSMİ AÇIQLAMA


Təhsil Nazirliyi təhsil proqramı (kurikulum) ətrafında gedən müzakirələr haqqında məsələyə münasibət bildirib.

Manevr.az-ın məlumatına görə, nazirlikdən “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, kurikulum nəyi və necə öyrətməyi, həmçinin, qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir.

Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır.

Proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti vahid istiqamətdə həyata keçirmək mümkün deyildir.

Çünki həmin sənəd əsasında dərsliklər, metodik vəsaitlər hazırlanır, təlimin təşkili istiqamətləndirilir və s.

Təhsil proqramları məktəbin, təhsilin tarixi boyu həmişə olmuşdur.
Belə ki, təlim prosesində nəyin tədris olunması, onun şagirdlərə aşılanması, nəticələrin qiymətləndirilməsi hər zaman problem olaraq təhsillə məşğul olan insanları düşündürmüş və müvafiq proqramların hazırlanmasını tələb edib.

Bu, cəmiyyətin təhsil ehtiyaclarını tənzim edən normativ sənəd kimi meydana çıxıb.

Ölkəmizdə, həmişə olduğu kimi, bu gün də təhsil proqramlarından istifadə edilir. Lakin bu proqramlar daimi xarakter daşımır.

Onlar dövri olaraq cəmiyyətin ehtiyac və tələblərinə uyğun dəyişir.

Necə ki, hazırda ölkəmizdə olan standart və təhsil proqramlarının təkmilləşdirilməsi üzərində iş aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə kurikulumun ləğvi edilməsi və ya formatının dəyişdirilməsi ilə bağlı məlumatlar paylaşılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar