Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərov:“Əmək bazarına uyğun olaraq ixtisaslar müəyyənləşməlidir”

Tarix: 18-02-2020 10:21     Baxış: 4315 A- / A+
Şahlar Əsgərov:“Əmək bazarına uyğun olaraq ixtisaslar müəyyənləşməlidir”

Sovet vaxtı Rusiyanı qızıl güllə təmin edirdik, indi Hollandiyadan qızıl gül almalıyıq?!

Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda ali məktəblərdə ixtisasların əmək bazarına uyğunlaşdırılması əksini tapıb. Sənədə əsasən, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2020-2021-ci illər ərzində təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalı və bu istiqamətdə tədbirlər həyata keçirməlidir.
Hazırda əmək bazarında elə ixtisaslar var ki, günün tələbinə cavab vermir. Görəsən, 4 il ali məktəbdə təhsil alan tələbənin sonda işsizlik problemi ilə üz-üzə qalmasına cavadehliyi kimlər daşıyır?!İstənilən halda, tələbata cavab verməyən ixtisasların mövcudluğu ən böyük problemdir.
Manevr.az xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov mövzu barədə modern.az-a danışıb.

Professor bildirib ki, əmək bazarımız xarici dövlətlərin əmək bazarına adekvat deyil:
“Bizim öz bazarımız var. Xəzərin sahilində yerləşirik, dağlı-aranlı regionumuz var. Neftlə zəngin ölkəyik. Bizim əmək bazarımız bu təbiətə uyğun olmalıdır. Əgər gedib Britaniyanın əmək bazarını öyrənib gəlib burada tətbiq etsək, heç bir nəticə olmayacaq. Əmək bazarımızı özümüz tapmalı, proyektləşdirməliyik. Yoxsa neçə illərdir ki, xaricdən kopya edib ixtisaslar gətiririk. Elə bir ölkə qalmayıb ki, onunu təhsili haqqında Azərbaycan mətbuatında nəsə getməsin. Axı xarici təhsilin tətbiqi nəyimizə gərəkdir?! Azərbaycanın öz təhsil konsepsiyası mövcuddur. Xaricə baxıb özümüzü oda yaxmağın əhəmiyyəti yoxdur. Kurikulum və Baloniya sistemini götürək. Bunlarn bizə nə xeyri var?!
Cənab prezident Bakı Dövlət Universitetinin 100 illiyində maraqlı məqama toxunaraq dedi ki, Qərbə inteqrasiya deyirik, baxır hansı sahəyə inteqrasiya. Əgər yaxşı mədəniyyət sahəsi varsa, ora inteqrasiya olunmaq olar”.
Şahlar Əsgərov əmək bazarına uyğun olaraq ixtisasların müəyyənləşdirilməsi məsələsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi bir araya gələcəyini vurğulayaraq bunun müsbət hal olduğunu qeyd edib:
“Azərbaycan neft ölkəsidir. Güman edirəm ki, uzun müddət bu cür də qalacaq. Qara nefti oktanlı benzinə çevirmək tenologiyası var. Biz 95 və daha yüksək oktanlı benzini niyə xaricdən almalıyıq?! Olmaz ki, bir zavod quraq və özümüz də benzini 95-ə, 92-yə və sairə çevirək?!Bu zavodda vətəndaşlarımız çalışacaq. Digər bir məsələ qızılgüllərlə bağlıdır. Sovet dövründə Rusiyanı qızılgüllərlə Azərbaycan təmin edirdi. Bu gün niyə görə qızılgülləri Hollandiyadan almalıyıq?! Bunu elə tənzimləməliyik ki, Hollandiyadan bura qızılgüllər gətirilməsin. Hollandiyaya xərclədiyimiz valyutanı da öz əməkdaşlarımıza verək. Başqa bir nümunə, baxın görün ölkəmizdə meyvə qurudan zavod varmı?! O da yoxdur. Bunların səbəbləri bəllidir. Çünki mütəxəssislərimiz yoxdur. Hesab edirəm ki, bu cür ixtisasların yaranmasına ehtiyac var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar