Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlığa başlayır -ŞƏKİL

Tarix: 17-02-2020 12:56     Baxış: 2287 A- / A+
Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlığa başlayır

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş keçirilib.

Manevr.az xəbər verir ki, görüş zamanı Aİİ-nin rektoru Ceyhun Məmmədov ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmalarına, dini və dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm verildiyini qeyd edən rektor bildirib ki, onların bilikli, savadlı, zəngin dünyagörüşlü yetişmələri üçün müxtəlif layihələr həyata keçirilir. C.Məmmədov qeyd edib ki, belə layihələrdən biri də ali təhsil müəssisəsində əlavə ərəb və ingilis dillərindən kursların təşkil olunmasıdır. Ceyhun Məmmədov İnstitutda, eyni zamanda, BMqT tərəfindən ingilis dili kurslarının təşkil edilməsinin tələbələrin dil biliklərinin gücləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.

Daha sonra təşkilat haqqında informasiya verən nümayəndələr BMqT-nin Bakı ofisi yarandıqdan sonra, Azərbaycanda müxtəlif sahələrdə layihələrin uğurla icra olunduğundan bəhs ediblər. Qeyd edilib ki, BMqT 2018-ci ilin sentyabr ayından etibarən ölkəmizlə sıx əməkdaşlıq şəraitində Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsini həyata keçirir.

Məlumat üçün bildiririk ki, layihənin əsas tərəfdaş qurumlarından biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir (DQİDK). Adıçəkilən layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə də əməkdaşlıq əlaqələri qurulub. Təşkilat İnstitutda tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə vermək məqsədilə ingilis dili üzrə əlavə kursların təşkilini planlaşdırır.

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlığa başlayır
Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlığa başlayır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar