Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyindən açıqlama: Fevralın 10-da dərs olacaq?

Tarix: 08-02-2020 13:01     Baxış: 41 157 A- / A+
Təhsil Nazirliyindən açıqlama: Fevralın 10-da dərs olacaq?

Təhsil Nazirliyi fevralın 10-da ölkə ərazisində soyuq, küləkli və yağıntılı hava şəraitinin müşahidə edilməsi ilə bağlı ümumtəhsil müəssisələrində dərslərin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

Manevr.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov trend-ə bildirib ki, bu məsələ hazırda müzakirə edilmir:

"Fevralın 10-da hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar verilməyib. Buna görə də həmin gün məktəblərdə dərslər adi günlərdə olduğu kimi keçiriləcək”.

Qeyd edək ki, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir.

Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bununla əlaqədar paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına müraciət edib.

Müraciətdə əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar