Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” ziyarət və seminarlarla davam edir -ŞƏKİLLƏR

Tarix: 05-02-2020 19:43     Baxış: 5317 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” ziyarət və seminarlarla davam edir


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” ziyarət və seminarlarla davam edib.

“Qış məktəbi”nin növbəti günü tələbələr Qəbələ Rayon Mərkəzi Məscidini ziyarət ediblər. Məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə, 600 mömin ibadət edə bilir. Məscidin divarlarına müqəddəs Qurani-Kərimdən surələr yazılmış, sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Məscidin həyətində isə axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və digər köməkçi tikililər inşa olunub.

Tələbələr Soltannuxa Kənd Türbəsinə təşkil olunmuş ekskursiya zamanı ziyarətgah haqqında geniş məlumat əldə ediblər. Ziyarətçilərə məlumat verilib ki, türbənin, təxminən, 200 ilə yaxın tarixi var. Burada, təxminən, 179 il əvvəl “Şeşpər” adlı din xadiminin yaşadığı, onun İslam dininə böyük xidmətlər göstərsə də, əsər yazıb-yazmamasına dair məlumatın olmadığı diqqətə çatdırılıb.

Daha sonra tələbələr MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlillinin təqdimatında “Azərbaycanda xanəgahlar” mövzusunda məruzəni dinləyiblər. Azərbaycan ərazisində İslam arxeologiyasının ən qədim abidələrinin inşasının VIII əsrin sonu, IX əsrin əvvəllərindən başlandığını vurğulayan F.Xəlilli Azərbaycan arxeologiyasının müasir nailiyyətləri, həmçinin çağdaş dünya arxeologiyası barədə tələbələrin dərin

biliklərə yiyələnməsinin vacib olduğunu tövsiyə edib. O, həmçinin qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri də maddi-mədəni irsimizin qorunmasıdır. F.Xəlilli Qəbələ ərazisində yerləşən abidələrimiz haqqında ətraflı məlumat verib.

Xatırladaq ki, fevralın 7-nədək davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” ziyarət və seminarlarla davam edir
Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” ziyarət və seminarlarla davam edir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar