Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan dilində köhnəlmiş sözlərin lüğəti hazırlanır

Tarix: 08-01-2020 17:42     Baxış: 4337 A- / A+
Azərbaycan dilində köhnəlmiş sözlərin lüğəti hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən "Azərbaycan dilinin arxaik sözlər lüğəti" hazırlanır.

Manevr.az xəbər verir ki, bu barədə trend-ə institutun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli 2837 №-li sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı"nın 6.3.5. bəndinə (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) uyğun olaraq ikinci böyük layihənin həyata keçirilməsi başa çatmaq üzrədir.

M.Nağısoylu qeyd edib ki, "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası"nın hazırlanması ilə bağlı kompleks işlər görülüb, davamlı və uzunmüddətli ekspedisiyalar təşkil olunub, Qarabağ Regional Mərkəzinin lal xəritəsi, "Azərbaycan dilinin Qarabağ dialektoloji atlasının proqramı", "Azərbaycan dilinin Qarabağ dialektoloji lüğəti" hazırlanıb:

"Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Kəlbəcər, Xocalı, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi rayonlarından toplanmış materiallar tədqiqat işində önəmli yer tutub. Həmin rayonlardan yalnız dialektoloji material deyil, həm də Qarabağın tarixi abidələri, etnoqrafiyası, kulinariyası, təbiətini əks etdirən materiallar da toplanılıb. Yaxın günlərdə "Azərbaycan dilinin Qarabağ Dialektoloji Atlası"nın tərtibi ilə bağlı son işlər görülərək nəşriyyata təqdim olunacaq".

M.Nağısoylu bu il ərzində "Azərbaycan dilinin böyük izahlı lüğəti"nin hazırlanacağını da söyləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar