Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov sağlamlıq imkanları məhdud uşaqlarla bağlı əmr verdi

Tarix: 29-12-2019 19:49     Baxış: 3696 A- / A+
Ceyhun Bayramov sağlamlıq imkanları məhdud uşaqlarla bağlı əmr verdi


Təhsil naziri Ceyhun Bayramov "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə əmr verib.

Manevr.az xəbər verir ki, nazirliyin məlumatına görə, əmr Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə əməkdaşlıq çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunması üçün həyata keçirilən "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrasının ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin etmək məqsədilə verilir.

Əmrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə pilot təhsil müəssisələrində - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli tam orta məktəb və Sabunçu rayonu 252 nömrəli məktəb-liseydə "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin etmək, inklüziv təhsilin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı təkliflərini təqdim etməyi tapşırıb.

Əmrdə qeyd edilib ki, Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot təhsil müəssisələrinə göndərilməsi, pilot təhsil müəssisələrində xüsusi təhsil ehtiyaclı hər 5 şagirdə 1 defektoloq-loqoped müəllim tərəfindən loqopedik xidmətin göstərilməsi təmin edilsin.

Əsaslı Tikinti və Təchizat İdarəsinə pilot təhsil müəssisələrinin inklüziv siniflərinin təlim resursları, zəruri avadanlıqlarla təmin edilməsi və infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssər olması ilə bağlı tədbirlərin görülməsi tapşırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar