Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov Vəndam qəsəbəsindəki yeni məktəbin açılışında - ŞƏKİLLƏR

Tarix: 25-12-2019 19:49     Baxış: 3605 A- / A+
Ceyhun Bayramov Vəndam qəsəbəsindəki yeni məktəbin açılışında - ŞƏKİLLƏR

Bu gün Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.

Manevr.az-ın məlumatına görə, açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, məktəb 360 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət olan məktəbdə 15 sinif otağı ilə yanaşı məktəbəhazırlıq, tibb, texnologiya, kompüter otaqları, kimya, fizika və biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq kabineti, 162 yerlik akt zalı, 100 yerlik yeməkxana, texniki otaq və kitabxana da vardır.

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.

***

Nazir Qəbələyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri bildirib ki, son illərdə müəllim peşəsinin nüfuzu daha da yüksəlib, müəllim olmaq istəyənlərin sayı xeyli artıb. Ceyhun Bayramov qeyd edib ki, müəllimin əsas vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir. Müəllim yalnız tədris fəaliyyəti ilə deyil, davranışı ilə də şagirdlərinə nümunə olmalıdır.

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar