Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir açıqladı: Ali məktəblərə qəbulda yenilik olacaq

Tarix: 09-12-2019 14:40     Baxış: 3257 A- / A+
Nazir açıqladı: Ali məktəblərə qəbulda yenilik olacaq

Müasir dünyada peşə və ixtisaslar çox sürətlə dəyişir. Bunu nəzərə alaraq müəyyən vaxtdan sonra yeni ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir.
Manevr.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində deyib.

Nazir bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq.

C.Bayramov xatırladıb ki, bu ilin fevral ayında Nazirlər Kabineti ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatını təsdiq edib:

“Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyirlər. Yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların kifayət qədər çoxu -70 faizi qısa müddətdə əmək bazarına daxil olurlar”.

O qeyd edib ki, dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir:

“Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda diqqət yetirilməsi vacib olan sahə sahibkarlıq, biznes etikası ilə bağlı olaraq bacarıqların formalaşdırılması vacibdir ki, onlar gələcəkdə işaxtaran deyil, iş yeri yaradan insanlar olsun. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar