Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil Naziri müəllimlərdən pul yığan məktəb direktorunu işdən qovdu

Tarix: 07-10-2019 16:14     Baxış: 4478 A- / A+
Təhsil Naziri müəllimlərdən pul yığan məktəb direktorunu işdən qovdu


Bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı məlumat yayılıb.


Təhsil Nazirliyindən verilən xəbərə görə, oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmələrinin rəhbərləri həmin məktəbdə olublar.

Məlum olub ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin 20 iyun 2019-cu il tarixli müraciətinə əsasən, bu təhsil müəssisəsinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq yeni məktəbin tikintisini aparıldığı müddətdə tədris prosesinin başqa binada aparılmasına icazə verilib. Avqustun 9-da Təhsil Nazirliyi tərəfindən təklif olunan binaya baxış keçirilib və məktəbin həmin binada yerləşdirilməsi razılaşdırılıb. Binanın daşınma və icarə haqqı xərclərinin isə dövlət vəsaiti hesabına maliyyələşdirilməsi qərara alınıb. Buna baxmayaraq, məktəbin direktoru Bəsti Hüseynova təhsil müəssisəsinin icarə haqqının ödənilməsi adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.

Həmin faktla bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır. Araşdırma aparıldığı müddətdə məktəbin direktoru Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar