Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaq bağçalarında yoxlamalar başlayıb - Nazirlər Kabinetinə təklif

Tarix: 09-09-2019 12:49     Baxış: 3276 A- / A+
Uşaq bağçalarında yoxlamalar başlayıb - Nazirlər Kabinetinə təklif


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə fəaliyyət göstərən 1600-ə yaxın uşaq bağçasından 500-də lazımi audit və monitorinqlər həyata keçirilib.

Manevr.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, hazırda uşaq bağçalarında yoxlamalar davam edir:

"Yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik".

AQTA sədri vurğulayıb ki, Səhiyyə Nazirliyi tərəfindən qida rasionunun hazırlanması ilə bağlı təklif hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub:

"Səhiyyə Nazirliyi tərəfindən təklif olunan qida rasionunda məktəbəqədər müəssisələrdə və orta məktəblərdə yeniyetmə yaşına qədər olan uşaqların qidalanmasının necə olması qeyd edilib.

Təklif Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra biz həmin qidaların nə qədər təhlükəsiz olduğuna baxacağıq".

Q.Təhməzli qeyd edib ki, tövsiyə üçün yaşıl, sarı və qırmızı vərəqələr hazırlanıb:

"Bunları daha sonra ictimaiyyətə açıqlayacağıq. Yaşıl vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlara hansı qidalara tamamilə icazə verilməli olduğu qeyd edilib. Sarı vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır.

Qırmızı vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar AQTA-nın mövqeyidir.

Hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət edəcəyik və həmin müəssisələrdə qida təhlükəsizliyinin qorunmasını təmin edəcəyik".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar