Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayıb - VİDEO

Tarix: 26-08-2019 18:56     Baxış: 6302 A- / A+
Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayıb - VİDEO


Bu gündən 2019-2020-ci dərs ili üzrə məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayıb. Qeydiyyat sentyabrın 25-ə qədər davam edəcək.

Manevr.az-ın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib ki, bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumitəhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edəcək.

Ərizə qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.Qeydiyyat zamanı uşağın şəxsiyyət vəsiqəsinin, yaxud da doğum haqqında şəhadətnamənin məlumatlarından istifadə edilir. İnternetə çıxış imkanları zəif olanlar məktəblərdəki alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sədr müavini İlhamə Abdullayeva bildirib ki, məktəbahazırlıq qruplarında təhsil ödənişsizdir. Paytaxt məktəblərində 1 hazırlıq qrupunun təşkili üçün 15-dən çox, bölgələrdəkində isə 10-dan çox şagird kifayət edir. Məktəbəhazırlıq qruplarına qeydiyyat zamanı uşaqların yaşayış yeri əsas götürülür.

Tədrisi digər dillərdə aparılan məktəbəqədər hazırlıq qruplarına seçim etmək mümkün olacaq. Bu zaman proses müsahibəsiz həyata keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov qeyd edib ki, sentybarın 2-dən 27-ə qədər məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçmiş valideynlər övladlarının sənədlərini məktəbə təqdim edərək, təsdiq cavabı alacaqlar. Bu qruplarda dərslər oktyabrın 1-də başlayacaq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar