Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır - VİDEO

Tarix: 19-08-2019 20:43     Baxış: 4213 A- / A+
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır - VİDEO

2019-2020-ci dərs ili üzrə məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.

Manevr.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, ərizə qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək. İnternetə çıxış imkanları zəif olanlar məktəblərə yazılı şəkildə müraciət edə bilər.
Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq və proses sentyabrın 25-dək davam edəcək.
Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.
Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov qeyd edib ki, məktəbahazırlıq qruplarında təhsil ödənişsizdir. Paytaxt məktəblərində bir hazırlıq qrupunun təşkili üçün 15-dən çox, bölgələrdəkində isə 10-dan çox şagird kifayət edir.
Məktəbəhazırlıq qruplarına qeydiyyat zamanı uşaqların yaşayış yeri əsas götürülür. Hər bir uşaq evinə yaxın ərazidəki məktəbdəki qrupa yazıla bilər. İstisnalar olarsa, məsələyə fərdi qaydada baxıla bilər.
Əhliyət Adıgözəlov qeyd edib ki, məktəbəhazırlıq qruplarının təşkilinin məqsədi uşaqları məktəbə hazırlamaqdır.Yəni bu qruplarda uşaqlarda məntiq, ətraf aləmlə tanışlıq, musiqi duyumu, riyazi bacarıqlar təkmilləşdirilir.
Bu tədris ilində ölkə məktəblərinin 90 faizində hazırlıq qruplarının təşkil ediləcəyi gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar