Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Universitetlərə qəbul planı 88 faiz dolub” - MƏLEYKƏ ABBASZADƏ

Tarix: 10-08-2019 12:02     Baxış: 4306 A- / A+
“Universitetlərə qəbul planı 88 faiz dolub”


"Bu il ali məktəblərə qəbulolma faizi ilkin nəticələrə əsasən 88 % təşkil edib”.

Manevr.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dolma göstəricisi ötən il də eyni olmuşdu: "Bu il qəbul planı üçün 47 765 vakant yer verilmişdi. Nəzərə alaq ki, plan yerlərinin sayı bu il 3000 yer artırılıb, imtahanda iştirak edən abituriyentlərin sayı isə təxminən 2000 nəfər azalıb. Keçən il 88 faizlik göstərici 39 947 nəfərə idisə, bu il 42 062 nəfərdir”.

M.Abbaszadə hesab edir ki, tədris ilinin sonunda ölkə səviyyəsində qəbul imtahanın yeni formada keçirilməsinin nəticələrini müzakirə etmək lazım olacaq: "Çünki, yeni kompetensiyalara malik şəxsləri seçib ali məktəblərə göndərmişik. Onların akademik nəticələrinin necə olmasını biz yox, qəbul olduqları ali təhsil müəssisələri izləyə biləcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar