Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlik: Müəllimlərin işə qəbulu imtahanlarında 29 səhv sual aşkarlandı

Tarix: 25-07-2019 12:42     Baxış: 3526 A- / A+
Nazirlik: Müəllimlərin işə qəbulu imtahanlarında 29 səhv sual aşkarlandı

"Müəllimlərin işə qəbulu imtahanlarında istifadə olunan sualların yoxlanılması zamanı ekspertlər ümumilikdə 29 sualda texniki qüsur müəyyən edib. Bunlardan 20-si Azərbaycan bölməsində, 9 rus bölməsində olub".

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə imtahanların yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, bu suallar ümumi sualların 0, 54 faizini təşkil edib: "Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur".

M.Camalzadə qeyd edib ki, imtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdırsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balına hesablanmasında nəzərə alınacaq: "Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlarda olan qüsur izah olunacaq".

Nazirlik rəsmisi əlavə edib ki, yekun nəticələr iyulun 26-dan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək: "İyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apellyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-da qədər qeydiyyata alınacaq. Müraciətlərin nəticələri avqustun 6-a qədər şəxsi səhifəyə göndəriləcək. Müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək. Bu il müsabiqəyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir".report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar