Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xaricdə attestatla təhsil alanların diplomu tanınır?

Tarix: 20-07-2019 23:42     Baxış: 4328 A- / A+
Xaricdə attestatla təhsil alanların diplomu tanınır?


Xarici ali təhsil müəssisələrində təhsil alanlar ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən dayandırılıb və avqustun 31-dək müvəqqəti olaraq davam edəcək.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Manevr.az azedu.az-a istinadən xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən sualına cavabı təqdim edir:

-Orta təhsil haqqında attestat əsasında xarici ali təhsil müəssisəsində qəbul olunmuşam.Təhsilimi bitirdikdən sonra nostrifikasiya üçün müraciət etdikdə, bu halın nə kimi mənfi təsiri ola bilər?

-Ali təhsil müəssisəsinə qəbul olunma növü ekspertiza zamanı nəzərə alınır, lakin tanınma üçün yeganə amil deyil.

Nəzərinizə çatdırırıq ki, son dövrlərdə attestat əsasında bakalavriat pilləsinə qəbul adı altında keyfiyyətsiz təhsil verən ali təhsil müəssisələrinin sayının ciddi surətdə artması halı Təhsil Nazirliyini narahat etməkdədir.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə bilərsiniz.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar