Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Builki qəbul nəticələri niyə bərbaddır? – DİM açıqladı

Tarix: 18-07-2019 15:29     Baxış: 4412 A- / A+
Builki qəbul nəticələri niyə bərbaddır? – DİM açıqladı


Bu il I və IV qrup üzrə ali məktəbə qəbul imtahanlarının nəticələrini ötən illə müqayisə etmək doğru deyil. Çünki bu il qəbul imtahanları fərqli qaydalarla keçirilib.

Manevr.az xəbər verir ki, bu sözləri təhsil ekspertlərinin builki qəbul imtahanlarının nəticələrinin ötən illə müqayisədə çox aşağı olması barədə fikirlərinə cavab olaraq axar.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov deyib. O bildirib ki, I və IV qrup imtahan ballarının intervallar üzrə fərqliliyi ümumi nəticələrin aşağı olması demək deyil:

“DİM-in “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitində abituriyentlərin topladıqları balların intervalı göstərilib və bu intervala görə nəticələrinin aşağı olmasını söyləmək olmaz. Ümumiyyətlə isə nəticələrin ötən illə müqayisəsi düzgün deyil. Çünki bu il imtahan modeli dəyişib. Abituriyentlər kurikulum əsasında tədrislərini başa vurublar və imtahanlar fərqli qaydalarla keçirilib. Buna görə də builki nəticələrlə ötənilkini müqayisə etmək yanlışdır”.

Qurum rəsmisi onu da bildirib ki, imtahan nəticələrindən sonra hər bir test tapşırığı DİM-in seminarlarında müzakirə olunur:


“Orta məktəbdə dərs yükünün ağırlığı Dövlət İmtahan Mərkəzinin baxdığı məsələ deyil. Tədrisin təşkili, proqramı Təhsil Nazirliyi ilə bağlı məsələdir.

Hər bir imtahanda həm asan, həm orta, həm də çətin tipli tapşırıqlar olur. Test blokundan hər 3 səviyyədə tapşırıqlar salınır və heç biri də dərs proqramından kənar deyil. Hər il imtahan nəticələri müəyyən olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən sentyabr ayından etibarən elmi-metodiki seminarlar keçirilir. Həmin seminarlarda hər bir tapşırıq, onlara abituriyentlərin necə cavab verməsi və digər məsələlər müzakirə olunur”.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar