Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

BDU-dakı dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var - Rektor

Tarix: 16-07-2019 12:25     Baxış: 4319 A- / A+
 BDU-dakı dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var


"Son aylar ərzində Bakı Dövlət Universitetində aparılan dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Buna açıq şəkildə müqavimət göstərənlər də var".

Manevr.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Ali təhsil müəssisələrində piar: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları" mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, universitetlər piar sahəsində rəqabət aparmalıdır, amma bu rəqabət sağlam olmalıdır: "Təəssüflər olsun ki, bəzən bu rəqabət çərçivədən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bizim Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada mən universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır".

Bu il BDU-nun 100 ili qeyd olunduğunu xatırladan rektor qeyd edib ki, mətbuat və informasiya sahəsində işlərini yenidən qurmaq üçün digər təcrübələri öyrənirlər.

E.Babayev onu da əlavə edib ki, bu gün Azərbaycanın söz azadlığı sahəsində çox böyük uğurları var: "Nə qədər gözü götürməyən qüvvələr olsa da, qara yaxmağa çalışsalar da, Azərbaycanda kifayət qədər söz azadlığı mövcuddur".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar