Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ekspertdən nazirliyə SƏRT TƏNQİD: "Öyrətməyi hələ də öyrənməyiblər"

Tarix: 04-07-2019 12:09     Baxış: 4412 A- / A+
Ekspertdən nazirliyə SƏRT TƏNQİD: "Öyrətməyi hələ də öyrənməyiblər"


Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin rəhbərliyini sərt tənqid atəşinə tutub.

Manevr.az xəbər verir ki, ekspert özünün feybsuk səhifəsində nazirliyin bəzi layihələrini tənqid edib.

K.Əsədov nazirlik tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin nəticələri barədə yazıb:
"III qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb təsdiqlənib. Qalib gələn məktəb və müəllimləri təbrik edirəm və ümid edirəm ki, layihələr həqiqətən də yerinə yetiriləcək. Fərdi 115 layihəyə 427438 manat, 53 təhsil müəssisəsinin layihələrinə isə 650025 manat vəsait ayrılıb. Bu da o deməkdir ki, III qrant müsabiqəsi büdcəyə 1.077.463 manata başa gəlib. Bu qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Amma görək buna qədər keçirilmiş l və II qrant müsabiqəsi qarşıya qoyulan məqsədə çatıbmı? Qrant layihəsi həyata keçirilir, bu lazımdır, labüddür, amma burada hesabatlılıq və əsas da monitorinq və qiymətləndirmə olmalıdır. Yəni hansısa bir özəl qurum, QHT bu layihələri yoxlamalı, monitorinq aparılmalıdır ki, həqiqətən də dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün istifadə olunur.”

Ekspertin sözlərinə görə, layihədə əvvəlki qrant müsabiqəsində olan və indi adı cüzi dəyişmiş layihələr var:
"Misal üçün "Oxumadan öyrənək!" və "Oynayaraq öyrənirik" və ya "Öyrənərək öyrədək" və ya "Dinlə və öyrən" və ya "Öyrətmək yenidən öyrənməkdir" adlı layihələr. Bir-birini təkrarlayır və hər 3 qrant müsabiqəsində istifadə olunur və hələ də bunlar öyrətməyin və öyrənməyin yolunu, mümkünlüyünü müəyyən edə bilməyib?! Bu kimi layihələrə ümumiyyətlə, ehtiyac yoxdur və effektiv deyil.

Ümid edirəm ki, bundan sonra ayrılmış vəsaitlər monitorinq olunacaq və bundan sonra daha çox ehtiyac duyulan istiqamətlərə vəsait ayrılacaq.

Maraqlıdır ki, əvvəlki qrant müsabiqəsinin qalibi olmuş layihələr hansı ciddi problemi həll edib, hansı dəyişiklik, uğur əldə olunub?

III qrant müsabiqəsində qaliblər sırasına düşən diqqətimi çəkən bir də o oldu ki, özəl liseylərə də vəsait ayrılıb. Özəl sektorun inkişafı lazımdır, amma etiraf edək ki, onların gəlirləri kifayət qədər çoxdur. Hazırda illik təhsil haqqı bir şagird üçün 10-15 min manat olan liseylər var və onların istənilən layihəni maliyyələşdirmək üçün büdcələri var. Həqiqətən də özəl liseylərin layihələri vacib, ehtiyac olan layihələrdirsə, elə öz liseylərində, öz vəsaitləri hesabına bunu etsinlər. Daha dövlət büdcəsini niyə cəlb edilər?”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar